Kateqoriya Arxivləri: Tarix-coğrafiya fakültəsi

Tarix və coğrafiya fakültəsinin “Zamanın xəritəsi” tələbə klubunun üzvləri ekskursiyada olublar

26 noyabr 2025-ci il tarixində “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə tələbə klubunun üzvləri və fakültə tələbələri üçün “Gəncə Şərab Zavodu” na ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın rəhbəri Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov olmuşdur. Ekskursiya çərçivəsində tələbələr “Gəncə Şərab Zavodu”nun keçən əsrdə inşa olunmuş tarixi binası ilə yaxındaan tanış olublar. Onlar binanın memarlıq üslubu, tikilmə […]

Davamı

“Can”, “Have to” modal felləri, “Citybikes” mövzusunda açıq dərs

27 noyabr 2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının I kursunda  Praktik xarici dillər kafedrasının müəllimi Hüseynova Şəhla Ələkbər qızının Xarici dildə işgüzar və akademik kommunikasiya fənnindən “Can”, “Have to” modal felləri, “Citybikes” mövzusunda açıq dərsi olmuşdur. Müəllimə dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə […]

Davamı

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının (YAP) 33 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş […]

Davamı

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya […]

Davamı

8 Noyabr – Zəfər Günüdür

              8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Vətən müharibəsi […]

Davamı

“8 Noyabr Zəfər Günü” adlı tədbir

05 noyabr 2025-ci il tarixində Tarix və coğrafiya fakütəsində “8 noyabr -Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bötüvüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatiəsi bir dəqiqəllk sükutla yad edilib. Tədbirdə çıxış edənər Vətən müharibəsi rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbə sayəsində […]

Davamı

“Misir və Egey dünyasının arxeologiyasının öyrənilməsi” mövzusunda açıq dərs

31 oktyabr 2025-ci il tarixdə Tarix və coğrafiya fakültəsinin Tarix  ixtisasının I kursunda  Ümumi tarixi kafedrasının t.ü.f.d.,baş müəllimi Allahverdiyeva Gültəkin Afət qızının “Arxeologiya” fənnindən “Misir və Egey dünyasının arxeologiyasının öyrənilməsi” mövzusunda açıq dərsi olmuşdur.          Açıq dərsdə Misirşünaslığın yaranması, Qədim Misirdə ilk əkinçilik mədəniyyətləri, Egey dünyasının e.ə. III-II min. arxeoloji abidələr, Krit- miken mədəniyyətini mühazirədə […]

Davamı

Tarix və coğrafiya fakültəsinin tələbələri Heydər Əliyev mərkəzində

Gəncə şəhərində Heydər Əliyev mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin təbliği ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan tarixində rolu” mövzusunda panel tədbir keçirilib. Fakültə tələbələri əvvəlcə mərkəzin ekspozisiyaları ilə tanış olaraq burada nümayiş etdirilən fotoları və interaktiv təqdimatları böyük maraqla izlədilər. Onlara Heydər Əliyevin dövlət quruculuğu, diplomatik fəaliyyəti və ölkənin […]

Davamı

Akademik məsləhətçilər tələbələrlə görüş keçirmişdir.

Tarix və coğrafiya fakültəsində akademik məsləhətçilər (tyutorlar) tələbələrlə görüş keçiriblər. Görüşdə tələbələrə kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərinə hər bir təhsil alanın fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsil verənlərin və akademik məsləhətçilərin (tyutorların) […]

Davamı

“Sosiometrik sorğu” mövzusunda açıq dərs

29 oktyabr 2025-ci il tarixində Tarix və Coğrafiya fakültəsinin Sosial iş ixtisasının II kursunda Sosial fənlər kafedrasının baş müəllim Rəhimova Gülnar Yaşar qızının “Sosial işdə riyazi metodlar” fənnindən “Sosiometrik sorğu” mövzusunda açıq dərsi keçirilmişdir. Müəllimə dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır.  Açıq dərsdə […]

Davamı