“Albaniya dövləti” mövzusunda açıq dərs

IMG_0607 IMG_0614

IMG_0616IMG_0618      IMG_0619

15 noyabr 2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi I kurs ixtisasında Azərbaycan tarixi kafedrasının müəllimi İbrahimova Çinara Yasin qızının  Azərbaycan tarixi fənnindən  “Albaniya dövləti” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə  Albaniya quldar dövlətinin yaranması, Roma-Parfiya dövləti ilə münasibəti, Qafqaz Albaniyasının vilayətləri,Qafqaz Albaniyasının sərhədləri və etnik tərkibi və digər məsələləri seminar məşğələsində izah olundu.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova, Ümumi tarix kafedrasının müdiri dos.Vüsalə Veysəlova,Coğrafiya kafedrasının müdiri dos. Yeganə Əliyeva və kafedranın digər əməkdaşları iştirak etmişlər.