“Uşaq İnkişaf Hesabları: Uşaq İnkişafına Yeni Yanaşma” mövzusunda beynəlxalq konfrans

20181107_085400 20181106_132307

6 noyabr 2018-ci tarixində  “Uşaq  İnkişaf  Hesabları: Uşaq İnkişafına Yeni Yanaşma” mövzusunda beynəlxalq konfransda uşaq müdafiə sistemindəki ümumi problemlər, uşaq müdafiə sistemindəki çətinliklər, uşaq müdafiə sisteminin qurulması, uşaq inkişaf  hesabları siyasəti və praktikası, Azərbaycanda uşaq inkişaf hesablarının tətbiqindən bəhs edildi.

Konfransda dövlət rəsmilərindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, Azərbaycan Respubikasının Prezidenti yanınds Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyinin nümayəndələri və beynəlxalq qonaqlar kimi  Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf  Mərkəzinin direktoru prof. Maykl Şerraden, İsrailin Tədqiqat və Planlaşdırma İnstitutunun direktoru müavini prof. Daniel Qotlieb, Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf  Mərkəzinin Beynəlxalq  direktoru Li Zou, Türkiyə, Ukraniya, Rusiya, Almaniya, İran, Gürcüstan, Qazaxıstan, Monqolustan, Şimali Kipr Türk Respublikası kimi müxtəlif  ölkələrdən peşəkar uşaq müdafiəsi və sosial iş üzrə mütəxəssislər iştirak edirdi.

Gəncə Dövlət Universitetdən Tarix-Coğrafiya fakültəsinin Sosial fənlər kafedrasının müdiri dosent  Məmmədov Asim Şəfayət oğlu təmsil edirdi.