21.12.2018-ci il tarixində “Odlar Yurdu Gənclər İctimai Birliyinin” təşkilatçılığı və Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin ev sahibliyi ilə “Cümhuriyyət kuboku – 100” adlı intellektual bilik yarışı keçirilmişdir. Yarışda Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin müxtəlif kurs və müxtəlif ixtisaslarından ibarət olan tələbələrdən ibarət 7 komanda iştirak etmişdir. Yarışda “1” yerə Tarix müəllimliyi ixtisasının 1-ci kurs tələbələrinin “İnterrigator” adlı komandası, “2” yerə Tarix ixtisasının 1-ci kurs tələbələrinin “Veni Vidi Vici” adlı komandası, “3” yerə isə Tarix-Coğrafiya müəllimliyi ixtisasının 2-ci kurs tələbələrinin “Qalaktika” adlı komandası layiq görülüb. Qeyd edək ki, 3 universitet və 3 kolleci əhatə edən “Cümhuriyyət kuboku – 100” adlı intellektual bilik yarışmasının mükafatlandırılma mərasimi Gəncə Şəhər Gənclər Evində keçirilmişdir və mükafatlandırılma mərasimində “Odlar Yurdu Gənclər İctimai Birliyinin” sədri Nigar Ələsgərova və Gəncə Şəhər Gənclər Evinin direktoru Amil Qurbanov da iştirak etmişdir.