“Region Gənclərinin I Sahibkarlıq Forumu”

FB_IMG_1550299371074 FB_IMG_1550386423579 FB_IMG_1550386852443 FB_IMG_1550386862101 FB_IMG_1550386966613 IMG-20190216-WA0061


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi, “Odlar Yurdu” Gənclər Ictimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçirilir.

Forumun açılış mərasimi və peşəkarların iştirakı ilə panellər Gəncə şəhər Heydər Əliyev mərkəzində baş tutdu.

Açılış nitqi ilə çıxış edən “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova layihə haqqında geniş məlumat verib.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi  Zaur Osmanov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, AzTEKSTİL MMC-nin təsisçi rəhbəri, uğurlu iş xanımı Pərvanə İsgəndərova,Yatırımcı ve Sanayici İşadamları Derneğinin  İdarə Heyyətinin üzvü, Sosyal Sorumluluk Proje Başkanı, Alfa Grup Eğitim Kurumları Qurucusu Tuğba Koç Erciyas, Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov, SAT Qrup Şirkətinin təsisçi və rəhbəri Azad Qəhrəmanov, Azərbaycan Dövlət Aqrar Univeristetinin prorektoru Anar Hətəmov, peşəkar idarəçi  Fəxri Ağayev çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra spikerlərin  çıxışları ilə panelə müzakirələri davam edib.

Layihə 2 gün fevralın 15-16-nı əhatə etmişdir.Layihəyə 250 dən çox gənc müraciət etmiş və onlardan 90 gənc iştirak etmişdir.Layihə zamanı Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin fəal tələbələri də iştirak etmişdir.