Tarix-Coğrafiya fakültəsinin qocaman müəllimi, Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Mirzəyev Səyyad Müseyib oğlu 17.02.2019-cu il tarixdə vəfat etmişdir.
Mirzəyev Səyyad Müseyib oğlu 1941-ci il mart ayının 22-də Nax.MR-nın Şərur rayonunun Oğlanqala kəndində anadan olmuşdur. 1960-cı ildə orta məktəbi bitirmişdir. 1964-1968-ci illərdə BDU-nin tarix fakültəsində təhsil almışdır. 1981 –ci ildə tarix elmləri namizədi elmi dərəcəsi, 1985 -ci ildə isə dosent elmi adı almışdır. 2009-cu ildə Prezidentin sərəncamı ilə təhsildə qazandığı müvəffəqiyyətlərə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Respublika Təhsil Nazirinin göndərişi ilə 1968-ci ildə Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir. 1994-1997 –ci illərdə Universitetin tərbiyə işləri üzrə prorektor vəzifəsində işləmişdir. 2002-2012 –ci illərdə Ümumi tarix kafedrasının müdiri vəzifəsində işləmişdır.
Allah rəhmət eləsin!