44 günlük Vətən müharibəsi – Tarix-Coğrafiya fakültəsinin şəhidləri

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin səhər tezdən Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli atəşə tutmasına cavab olaraq Azərbaycan özünümüdafiə hüququ çərçivəsində İkinci Qarabağ Müharibəsinə -Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı.

“Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzinə çevrildi44 gün: sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, İlham Əliyevin rəhbərliyi, qardaş Türkiyənin ciddi siyasi-mənəvi dəstəyi ilə Qarabağın işğaldan azad edilməsi istiqamətində möcüzəvi nəticələr əldə etdi, tarixi qələbələr qazandı. Vətən müharibəsi- İkinci Qarabağ Müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu.

İkinci Qarabağ Müharibəsində əvəzsiz itkilərimiz də oldu. Vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatını qurban vermiş şəhidlərin içərisində Tarix-Coğrafiya fakütəsinin tələbələri: kapitan Cəbrayılov Elnur Tofiq oğlu,  leytenant Nəciyev Xalid Qabil oğlu,  Məmmədov Rəşad Fərəməz oğlu, Abbasov İsa Faiq oğlu olmuşdur. Onlar bu gün fəxr etdiyimiz və bütün gələcək nəsillərin fəxr edəcəyi Qələbə tariximizi öz qanları ilə yazdılar. “Vətən sağ olsun”.

İkinci Qarabağ Müharibəsində canını qurban verib, şəhidlik zirvəsinə yüksələn : kapitan Cəbrayılov Elnur Tofiq oğlu,  leytenant Nəciyev Xalid Qabil oğlu,  Məmmədov Rəşad Fərəməz oğlu, Abbasov İsa Faiq oğlu  bizim həm nisgilimiz, həm də qürur mənbəyimizdir. Onlar bizim aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayacaqlar.

Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!