“31 Mart-Azərbaycanlıların soyqırımı günü” mövzusunda onlayn formatda praktiki konfrans

Gəncə Dövlət Universitetinin rəhbərliyi və Tarix-Coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə  “31 Mart-Azərbaycanlıların soyqırımı günü” mövzusunda onlayn formatda praktiki konfrans keçirilmişdir. Tədbirdə universitetin rəhbərliyi, fakültə dekanları, universitetin əməkdaşları, Tarix-Coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  “31 mart tarixi taleyimizin kədərli səhifəsidir” mövzusunda, Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı “Heç vaxt unudulmayacaq faciəvi tarixi” mövzusunda, Azərbaycan tarixi  kafedrasının baş müəllimi Tünzalə Cahangirova “31 mart qəzəbə, nifrətə, intiqama çağıran bir gündür” mövzusunda, Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev “31 mart soyqırımına hüquqi siyasi qiymətin verilməsi” mövzusunda, Tarix müəllimliyi ixtisasının birinci kurs tələbəsi Mədinə Əsədli “1918-ci il soyqırım hadisələri” mövzusunda, Tarix və Coğrafiya müəllimliyi ixtisasının birinci kurs tələbəsi Xalidə Quliyeva “1918-ci il Bakı qırğınları” mövzusunda məruzələrlə çıxış etmişdilər.