Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda konfransı

Tarix-Coğrafiya fakültəsində  Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda onlayn formatda konfrans keçirilmişdir. Konfransda Tarix-Coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir. Tədbiri Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov açaraq, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında bəhs etdi. Tədbirdə Gəncə Dövlət Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı və ulu öndərin siyasi fəaliyyəti haqqında çıxış etdi. Azərbaycan tarixi  kafedrasının müdiri dos. Emma Aslanova “Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusudur” mövzusunda, Sosial fənlər kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Üzeyir Balakişiyev “Ulu öndər Heydər Əliyev və milli dövlətçilik fəlsəfəsi” mövzusunda, Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Saidə İsmaılzadə “Ulu öndər Heydər Əliyev və Azərbaycanda milli mənəvi dəyərlər” mövzusunda, Tarix ixtisasının  IV kurs tələbəsi Aruz Kəsəmənli “Ulu öndər Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda məruzələrlə çıxış etmişdilər.