Buraxılış kurs tələbələrinin pedaqoji təcrübələri uğurla davam etdirilir.

Pedaqoji kadr hazırlığında pedaqoji təcrübənin xüsusi rolu vardır. Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat proqramında buna geniş yer verilmiş və bu sahəyə diqqətin artırılması vurğulanmışdır. Bu baxımdan Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbdə Tarix – coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə 4 kurs tələbəsi Səbinə Şahverdiyevanın  6-cı  sinifində Ümumi tarixdən “Yunanıstan” mövzusunda sınaq dərsi təşkil olunmuşdur. 

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri  dosent Cabbar Qarayev, məktəbin direktor müavini Asif  Kərimov, Ümumi tarix kafedrasının müdiri dosent Vüsalə Veysəlova, həmin kafedranın baş müəllimi, t.ü.f.d. Səidə İsmayılzadə,  baş müəllim Xəyalə Əsgərova, həmin məktəbin fənn müəllimi Təranə Əliyeva və təcrübəçi tələbələr iştirak edirdilər.

Təcrübəçi tələbə mövzu ilə əlaqədar olaraq qeyd etdi ki, Yunanıstanı 3 dəniz –Cənubdan Aralıq dənizi, Qərbdən İon, Şərqdən isə Egey dənizi əhatə edir. Eyni zamanda Yunanıstanın əhalisi və ərazisi haqqında şagirdlərə geniş məlumat verdi.

Təcrübəçi tələbə dərsə aid əyani vəsait hazırlamışdır. Dərsi sual-cavabla yekunlaşdırdıqdan sonra fərqlənən şagirdləri qiymətləndirdi. Tədbirdə çıxış edənlər təcrübəçi tələbəyə bir sıra metodiki məsləhətlər verdilər və onun dərsini yaxşı qiymətləndirdilər.