SOS Uşaq kəndində praktik-seminar məşğələ

05 oktyabr 2022-ci il tarixində Gəncə Dövlət Universitetin Tarix-Coğrafiya fakültəsinin Sosial iş ixtisasının III kurs tələbələri SOS uşaq kəndində “İşin təşkili, qurulması, uşaqlarla aparılan tədbirlər” mövzusunda seminar təşkil olunmuşdur. Seminar dərsdə SOS uşaq kəndinin direktoru Ceyhun Əliyev, Təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayev, istehsalat təcrübəsinin rəhbəri Aygün Məmmədli, universitetin Tarix-Coğrafiya fakültəsinin Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə və həmin kafedranın müəllimi Günel Yusibova iştirak edirdi. Məruzəçilər Sosial işin təşkili və uşaqların himayəyə götürülməsi qaydaları, uşaqlarla aparılan tədbirlər və fərdi işlər haqqında tələbələrə məlumat verdilər.