Gəncə Dövlət Universitetin Tarix və Coğrafiya fakültəsində 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Universitetin prorektoru dosent Gülsüm Fətəliyeva çıxışında müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olmuşdur.Proektor dosent Gülsüm Fətəliyeva qeyd etmişdir ki, Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, oktyabr 18-i isə Müstəqilliyin Bərpası Günü və bayram günü elan edilmişdir.
Tədbirdə Sosial fənlər kafedrasını icra edən dos. Cavid Bağırzadə ” Azərbaycanın Dövlət Müstəqilliyinin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Müsrəqilliyi zəruri edən şərait” mövzusunda məruzə ilə çıxış etmişlər. Tədbirdə dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışılmışdır.