18 oktyabr 2022-ci il tarixdə Sosial fənlər kafedrasının müəllimi Rəhimova Gülnar Yaşar qızının Sosial iş ixtisasının II kursunda Sosial işdə riyazi metodlar fənnindən” Sosial xarakteristikanın ilkin ölçülməsi” mövzusunda açıq dərsi keçirilmişdir.
Dərsdə sosial xarakteristikaların ölçülməsi prosesinə göstərilən əsas tələblər, şkalalar və onların təsnifatını və s. məsələlər seminar məşğələsində müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayd əsasında faktları tələbələrin diqqətinə çatdırmışdır.
Dərsdə Tarix -Coğrafiya fakültəsinin tədris məsələləri üzrə dekan müavini Niyaməddin Hacıyev, dos. Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə və kafedranın müəllimləri p.ü.f.d. Azər Cəlilov, b/m.Şəhriyar Quliyev, Sədrəddin Əliyev və başqaları iştriak etmişdir.