17 mart 2023-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının III kursunda Sosial fənlər kafedrasının müəllimi Fərhadova Qumru Misir qızının Foster ailə və de-institutlaşma dövlət siyasəti fənnindən “Ailə uşaqların ilkin sosiallaşma institutu kimi” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə ailə kiçik sosial qrupdur, ailənin sosial funksiyaları, nigah və ailə-kəbin münasibətləti və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi.
Açıq dərsdə Sosial fənlər kafedrasının müdiri dos.Cavid Bağırzadə, p.ü.f.d. Azər Cəlilov, b/m. Şəhriyar Quliyev və kafedranın digər əməkdaşları iştirak etmişlər.