“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik” yubileyinə həsr olunmuş dərs

10 may 2023-cü il tarixində Sosial fənlər kafedrasının müəllimi Məmmədova Pərvanə İsmayıl qızının Tarix-Coğrafiya fakültəsinin Sosial iş ixtisasının 3 kursunda tədris etdiyi “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” fənnin seminar dərsində tələbələr “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik” yubileyinə həsr olunmuş  videoçarx nümayiş etdiriblər. Videoçarxda Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin  parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası və ölkəmizin hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri nümayiş etdirilib.