“Sən elə bir zirvəsən” adlı konfrans

      11.05.2023-cü il tarixində Tarix-coğrafiya fakültəsinin Ümumi tarix kafedrasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə Tələbə Elmi Cəmiyyətinin xətti ilə “Sən elə bir zirvəsən” adlı konfrans təşkil edilmişdir. Konfransda tələbələr müstəqil Azərbaycan dövlətinin qurucusu, banisi, dahi siyasətçi və qüdrətli dövlət xadiminin zəngin siyasi irsindən, şərəfli həyat fəaliyyətindən, idarəçilik qabiliyyətidən, ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı ilə bağlı məruzələrlə çıxış etdilər. Sonda konfransda iştirak edən tələbələr Fəxri Fərman və Sertifikatla təltif edildilər.