Ali təhsil müəssisələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”IX Ümumrespublika bilik yarışı

18 oktyabr 2023-cü ildə Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı keçirilmişdir. Bilik yarışında 50 ali məktəbin tələbələrindən ibarət komandalar iştirak etmişdir. Bilik yarışında Gəncə Dövlət Universitetinin komandası 50 ali məktəb arasında 9-cu olmuşdur.