Ümumtəhsil məktəblərində ustad dərsləri davam edir

Gəncə Dövlət Universitetində son illər ərzində aparılan səmərəli tədris, elmi- tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin şəhərimizin ümumtəhsil məktəblərində təbliği ilə əlaqədar olaraq Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə “Horizontallar” mövzusunda universitetin Coğrafiya kafedrasının baş müəllimi Aftandil İsgəndərovun ustad dərsi keçirilmişdir. Tədbirdə Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, orta məktəbin Coğrafiya üzrə fəlsəfə doktoru Tahirə Verdiyeva, məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak edirdi.

Məruzəçi Afdandil İsgəndərov qeyd etdi ki, Horizontal –eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən qapalı əyri xətlərdir. Horizontallar əyani təsvir və bəzi məsələlərin izahı. Horizontal dedikdə eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən xətlər nəzərdə tutulur. Müasir topoqrafik xəritələrdə relyef horizontallar vasitəsilə təsvir olunur. Horizontallar və onların mahiyyəti, yüksəklikləri eyni olan nöqtələri müəyyən etmək və sair haqqında ətraflı məlumat verdi.

Fiziki xəritələrdə relyefi təşkil etmək məqsədi ilə rənglərdən istifadə olunur. Rəng çalarlarını biri-birindən nazik xətlər ayırır. Bu xətlər horizontallar adlanır.  Tədbir yekunlaşdıqdan sonra şagirdlərin maraqlandıran suallara məruzəçi tərəfindən ətraflı cavablandırıldı.