21 fevral 2024-cü il tarixində Sosial fənlər kafedrasının müəllim Gülşən Babayevanın Tarix-Coğrafiya fakültəsində Sosial iş ixtisasının 3 kursunda Heydər Əliyev və Azərbaycan dövlətçiliyi fənnindən “Ümummilli lider, tarixi şəxsiyyət Heydər Əliyevin siyasi portreti” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, dos.əv. Azər Cəlilov, müəllimlər Sədrəddin Əliyev, Pərvanə Məmmədova və magistrlər iştirak etmişlər.
Dərsdə Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin-Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlər müzakirə olundu.
Tələbələr kollektiv şəkildə sual-cavabda iştirak etdilər, mövzu ilə bağlı fərdi fikirlərini bildirdilər.