Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə Gəncə terroru ilə bağlı Baku Tv-yə müsahibə vermişdir

Vətən müharibəsi dövründə  Ermənistan hərbi əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən Ağdam, Tərtər, Bərdə rayonları atəşə tutmuşdur. 2020-ci ilin oktyabrın 4 və 5-də  ilk raket zərbələri olmaqla Gəncə şəhəri ballistik raketlərin atəşinə məruz qalmışdır. Gəncə terrorundan artıq 4 il keçməsinə baxmayaraq o ağrılı-acılı günlər unudulmur. Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə Gəncə terroru ilə bağlı Baku Tv-yə müsahibə vermişdir. Müsahibəsində Gəncə şəhərinin ballistik raketlərlə vurulması, o günlərin hadisələri haqqında geniş məlumat verilmişdir.