“Dövlət siyasi sistemin əsas institutudur” mövzusunda açıq dərs

09 oktyabr  2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının IV kursunda  Sosial fənlər kafedrasının müəllimi Məmmədova Pərvanə İsmayıl qızının “Siyasi hakimiyyət, nəzəriyyə və tədqiqatlar” fənnindən “Dövlət siyasi sistemin əsas institutudur” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə Dövlətin meydana gəlməsi, dövlətin əlamətləri, funksiyaları, formaları, vətəndaş cəmiyyəti və hüquqi dövlət və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Sosial fənlər kafedrasının müdiri dos.Cavid Bağırzadə, Tarix-Coğrafiya fakültəsinin dekan müavinləri b/m. Niyaməddin Hacıyev, b/m. Şəhriyar Quliyev, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev və müəllim Yeganə Əhmədova iştirak etmişlər.