27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib

Tarix-Coğrafiya fakültəsində 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektor  dos. Gülsüm Fətəliyeva çıxış edərək 44 gün davam edən və taixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsindən danışıb. Bildirib ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonda yerləşən Azərbaycan Ordusunun mövqələrini və yaşayış məntəqələrini iriçaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Buna cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı ilə döyüşə atıldı. Xalqımız və rəşadətli Ordumuz şanlı tarix yazara 44 gündə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Bu möhtəşəm qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

      Tədbirdə çıxış edən Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov II Qarabağ müharibəsində əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və rəşadətindən danışıb, hər bir azərbaycanlının onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.

      Daha sonra Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenov “27 sentyabr: Tariximizin zəfər və qəhrəmanlı səhifəsidir”, Ümumi tarix kafedrasının müdiri, dosent “Qanları ilə Şanlı Zəfər yazanlar”, t.ü.f.d, baş müəllim Xatirə İlyasova “Yaddaşlarda əbədi yaşayanlar”, Tarix-Coğrafiya fakültəsinin 2-ci kurs tələbəsi Mədinə Əsgərli “Əbədiyaşar şanlı Zəfər salnaməmiz” mövzularında çıxış ediblər.