Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimiliyi ixitsasının II kursunda Ümumi pedaqogika kafedrasının müəllimi Pərvanə Əliyevanın “Tərbiyə nəzəriyyəsinin ümumi məsələləri: mahiyyəti, məqsədi, vəzifələri, növləri” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Tərbiyə nəzəriyyəsinin mahiyyəti, tərbiyənin məqsədi, məzmunu və vəzifələri, tərbiyənin tərkib hissələri,tərbiyənin növləri və tərbiyə prosesinin komponentləri seminar məşğələsində müzakirə edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekan müavini b/m. Şəhriyar Quliyev, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Azərbaycan taixi kafedrasının müdiri dos. Gulara Əliyeva, Ümumi pedaqogika kafedrasının p.ü.f.d. Tura Əliyeva, baş müəllim Kəmaləddin Məmmədov və müəllim Lalə Əliyeva iştirak etmişlər.