



06 noyabr 2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının I kursunda Ümumi tarix kafedrasının t.ü.f.d.,B/m. Xatirə İlyasovanın Türk xalqları və dövlətləri tarixi fənnindən “Teymuri İmperatorluğu” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Teymuri dövlətinin yaranması, Teymurun hərbi yürüşləri, İmperiyanın zəifləməsivə süqutu, Teymuri imperiyasının idarəçilik sistemi mühazirədə tələbələrə geniş izah edildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini baş müəllim Şəhriyar Quliyev, Azərbaycan tarixi kafedrası müdiri, dosent Gülara Əliyeva, Ümumi tarix kafedrasının müdiri, dosent Etibar Musayev, dosent əv. Nərgiz Rəsulova, t.ü.f.d. Gülşən Mustafayeva, müəllimlər Sevinc İmanlı, Elmira Əliyeva iştirak etmişlər.