“Subtropik zonanın torpaqları” mövzusunda açıq dərs

20 noyabr 2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının I  kursunda  Coğrafiya kafedrasının B/m. Roza Əlizadə “Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə” fənnindən “Subtropik zonanın torpaqları” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə Subtropik zonasının torpaq örtüyünün əsas xüsusiyyətləri, Sarı dağ-meşə torpaqlar, Podzollu sarı torpaqlar, Podzollu-qleyli-sarı torpaqlar mühazirədə tələbələrə geniş izah edildi.

         Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, Humanitar məsələlər üzrə dekan müavini baş müəllim Şəhriyar Quliyev, Coğrafiya kafedrasının müdiri, dosent Yeganə Əliyeva,  Ü dosent əv. Nəsibə Hacıyeva iştirak etmişlər.