“XVII-XVIII əsrlərdə Qərbi Avropada məktəb, tərbiyə və mütərəqqi pedaqoji ideyalar” mövzusunda açıq dərs

26 noyabr  2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisasının I kursunda  Ümumi pedaqogika kafedrasının baş müəllimi Bəsirə Abbasovanın “Pedaqogika” fənnindən “XVII-XVIII əsrlərdə Qərbi Avropada məktəb, tərbiyə və mütərəqqi pedaqoji ideyalar” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə Görkəmli çex pedaqoqu Y.A.Komenskinin həyat və pedaqoji fəaliyyəti, Komenskinin pedaqoji nəzəriyyəsinin əsasları, Fransız pedaqoqu, filosofu J.J. Russonun həyat və pedaqoji fəaliyyəti, Russonun əsas pedaqoji görüşləri və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Ümumi pedaqogikanın baş müəllim Afina Allahverdiyeva, baş müəllim İlahə Cəlilova, müəllimə Tura Əliyeva iştirak etmişlər.