“Almaniya, Avstriya-Macarıstan və İtaliya 1900-1914-cü illərdə” mövzusunda açıq dərs

04 noyabr  2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının III kursunda  Ümumi tarix kafedrasının dos.əv. Rəsulova Nərgiz İsmayıl qızının “Yeni dövr tarixi” fənnindən “Almaniya, Avstriya-Macarıstan və İtaliya 1900-1914-cü illərdə” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə XX əsrin əvvəllərində Almaniyanın daxili siyasi vəziyyəti və iqtisadi inkişafı, XX əsrin əvvəllərində Avsrtriya-Macarıstanın daxili siyasi-iqtisadi vəziyyəti, XX əsrin əvvəllərində İtaliyanın iqtisadi vəziyyəti və “Cənub məsələsi”. C.Colittinin liberal erası. XX əsrin əvvəllərində Almaniyanın xarici siyasi kursu, Avstriya-Macarıstanın 1909-1914-cü illərdə xarici siyasəti, 1900-1914-cü illərdə İtaliyanın xarici siyasəti. İrredentistlər hərəkatı. İtaliya-Türkiyə münasibətləri mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Sosial fənlər kafedrasının müdiri dos.Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev və t.ü.f.d. Gültəkin Allahverdiyeva iştirak etmişlər.