



Sosial fənlər kafedrasının magistrləri Elmi tədqiqat və elmi pedaqoji təcrübədə iştirakı zamanı kafedranın müəllimlərinin mühazirə və seminar dərslərində iştirak edirdilər. Kafedra müdüri dos. C.Bağırzadə magistlərlə də görüş keçirdi. Magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsi professional magistr hazırlığı proqramının ayrılmaz hissəsidir və magistrantların təhsil prosesində əldə etdikləri nəzəri və təcrübi biliklərin daha çox genişlənərək möhkəmlənməsinə, gələcək professional fəaliyyətə hazırlanmasına yönəlmiş tədris posesidir. Onların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində, gələcəkdə elmi-pedaqoji kadr kimi formalaşmasında bu təcrübələrin əhəmiyyəti böyükdür.Təcrübədə iştirak edən hər bir magistrant bu təcrübələr müddətində, təcrübə dərslərində, yazılmasında və dərsdinləmələrdə uğurlu olmalı, kargüzarlıq sənədlərini yaxşı öyrənməli, sonda hesabat verməli olduğunu bilən təcrübəli tələbə kimi auditoriyaya daxil olub, ali təhsil müəssisələrində elmi-pedaqoji kadr olaraq fəaliyyət göstərməyi hədəfləyən təcrübəli müəllim kimi auditoriyadan ayrılmalıdır.