




12.03. 2025-ci il tarixində Ümumi tarixi kafedrasında Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin əyani doktorantı Mustafayev İlkin Zülfüqar oğlunun 5502.01-“Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqim etdiyi “1900-1903-cü illər Ümumdünya iqtisadi böhranı və onun Avropa ölkələrinə təsiri” dissertasiya işinin müzakirəsi keçirilmişdir. Müzakirədə Ümumi tarix kafedrasının müdiri, dos. E.Musayev, Azərbaycan tarixi kafedrasının müdiri, dos. Gülara Əliyev və Ümumi tarix kafedrasının müəllimləri iştirak etmişdir.
Müzakirədə Mustafayev İlkin Zülfüqar oğlunun dissertasiya işinin səsvermə nəticəsində yekdilliklə müdafiəyə buraxılması barədə qərar qəbul edilmişdir.