Tarix-Cografiya fakültəsinin Tarix ixtisasının IV-cü kurs tələbələrinin istehsalat təcrübəsi davam edir

Tarix-Coğrafiya fakültəsinin Tarix ixtisasi IV-cü kurs tələbələrini Gəncə şəhərinin ziyalı xanımı, millət vəkili, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Kərimzadə, Ümumi tarix kafedrasının müəllimi Ramin Abbasov ilə birlikdə orta əsrlərin ən böyük şairi və mütəfəkkirlərindən biri olan, Azərbaycan ədəbiyyatının klassiki və farsdilli poeziyanın görkəmli nümayəndəsi, epik poeziyanın ustadı Nizami Gəncəvinin məqbərisini, muzeyini və eyni zamanda dahi şairin valideynlərinin məzarını ziyarət etdik. Nizami Gəncəvi dünyada Xəmsə (beşlik) adlanan beş poeması ilə tanınır. Nizami Gəncəvi ədalət, məhəbbət, insan ləyaqəti, elm və biliyin üstünlüyü kimi mövzularda dərin fikirlər irəli sürmüşdür. Nizami Gəncəvi öz dövrünün və indiki dövrün bir çox şairləri üçün ilham mənbəyi olmuşdur. Nizami Gəncəvi məqbərəsi və irsinə cənab prezident, ali baş komandan İlham Əliyev tərəfindən xüsusi diqqət göstərilir ki, 2011-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyi qeyd edilmiş və bu münasibətlə məqbərə yenidən qurulmuşdur. Yenidənqurma işləri çərçivəsində Heydər ƏLiyev fondunun dəstəyi ilə Nizami Gəncəvinin məqbərəsi önündə Nizami Gəncəvi muzeyi inşa edilmişdir. Bundan əlavə 2021-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi” ili elan edilmişdir. Azərvbaycan gəncliyi hər zaman tarix və ədəbiyyatımıza xüsusi diqqət göstərir.