


17 aprel 2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının III kursunda Ümumi tarix kafedrasının baş müəllimi Kazımov Bəhman Qafar oğlunun “Müasir dünya tarixi” fənnindən “Ameika Birləşmiş Ştatları 1946-cı ildən müasir dövrə qədər” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə II dünya müharibəsindən sonra ABŞ-ın sosial-iqtisadi və siyasi vəziyyəti, 60-70-ci illərdə ABŞ-ın daxili və beynəlxalq vəziyyəti, ABŞ R.Reyqanın prezidentliyi dövründə, 90-cı illərdə ABŞ-ın daxili və beynəlxalq vəziyyəti, XXI əsrin əvvəllərində ABŞ-ın xarici siyasəti və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekan müavini b/m. Şəhriyar Quliyev, Azərbaycan tarixi kafedrasının müdiri dos.Gülara Əliyeva, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev,dos. Hüseynli Bəxtiyar, baş müəllim Yəhya Süleymanov iştirak etmişlər.