



Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində 21 aprel 2025-ci il tarixində “Ulu Öndər Heydər Əliyev -tarixin və coğrafiyanın işığında” intelluktal bilik yarışı keçirilib.
Dövlət himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə start götürən yarışda komandalar öz biliyini nümayiş etdirib. Tarix-Coğrafiya fakültəsininin tələbələrdən ibarət komandalar təmsil edirdi.
3 turdan ibarət olan yarışda Ümumilli lider Heydər Əliyev, Azərbaycan tarixi, Zəfər günü, İşğaldan azad olunmuş ərazilərdə tarixi abidələr və s. mövzularda 36 sual təqdim olunub.
İntellektual yarışda gərgin və maraqlı anlarla yadda qaldı. Sonda isə qalib komanda diplomla təltif olunub.