Tarix-Coğrafiya fakültəsinin tələbələri “Azərbaycan Xalq Cümhuriyyəti” müzeyində

Tarix-Coğrafya fakültəsinin Tələbə Elmi Cəmiyyət və “Zəfər Yolu” qəzetinin təşəbbüsü və Ümumi tarix kafedrasının baş müəllimi Yəhya Süleymanovun rəhbərliyi ilə bir qrup tələbə “Azərbaycan Xalq Cümhuriyyəti” müzeyində ekskursiyada olublar.

Ekskursiyanın əsas məqsədi tələbələrin Azərbaycanın müstəqillik tarixinə dair biliklərini daha da dərinləşdirmək, milli dəyərlərə bağlılığı gücləndirmək və tarixi irsimizə yaxından bələd olmalarına şərait yaratmaq olub. Ekskursiya zamanı tələbələrə müzeyin ekspozisiyasında nümayiş olunan sənədlər, fotoşəkillər, nadir eksponatlar və Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid digər tarixi materiallar haqqında ətraflı məlumat verilib.