


07 may 2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisasının III kursunda Ümumi tarix kafedrasının müəllimi Aynurə Ələsovanın Müasir tarixi fənnindən “Almaniya 1946-cı ildən müasir dövrə qədər” mövzusunda açıq dərsi olmuşdur.
Dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə göstərilirdi. Dərsdə II dünya müharibəsinin Almaniya üçün nəticələri, Almaniya Federativ Respublikasının yaradılması, 1950-ci illərdə daxili və xarici siyasət, Böyük Koalisiya höküməti, Kiçik Koalisiya höküməti, Helmut Kol höküməti, Almaniya XXI əsrin 20-ci illərində məsələləri müzakrə olundu. Dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.
Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, və müəllim Əliyeva Elmira iştirak etmişlər. Açıq dərs sonda müzakirə edildi.