“Toponimik fon spektr areal qat və paralellər” mövzusunda açıq dərs

02 may 2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi  ixtisasının II kursunda  Azərbaycan tarixi kafedrasının baş müəllimi, t.ü.f.d. Hüseynova Rimunə Zakir qızının “Azərbaycan toponomikası” fənnindən “Toponomik fon spektr areal qat və paralellər” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə Toponomik fon və spektirlər, Toponomik paralellər, Dəyişikliyə uğramış toponimlər, Toponomik fond, Fəal və passiv toponimlər və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri dos.Gülara Əliyeva, baş müəllim Tünzalə Cahangirova iştirak etmişlər.