



08.05.2025-cil tarixində Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının I kursunda Ümumi tarix kafedrasının müəllimi İmanlı Sevinc Salman qızının “Qafqaz xalqları tarixi” fənnindən “XIX əsrin əvvəllərində Cənubi Qafqaz uğrunda Rus-İran müharibələri. Qafqazda etnik tərkibin süni şəkildə dəyişdirilməsi” mövzusunda açıq dərs olmuşdur.
Dərsdə XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş vermiş Rus-İran müharibələrinin siyasi və hərbi nəticələri, regoinda aparılan etnik dəyişikliklər geniş şəkildə təhlil olundu. Dərs də tələbələrə müharibənin gedişatı, Gülüstan(1813) və Türkmançay (1828) müqavilələrinin əhəmiyyəti, rus imperiyasının bölgədə apardığı köçürmə siyasəti, ermənilərin Qafqaza yerləşdirilməsi və bunun sonrakı dövrlərdə yaratdığı demoqrafik dəyişikliklər barədə ətraflı məlumat verilmişdir.
Açıq dərsdə fakültə dekanı dos. Urfan Həsənov, tədris işləri üzrə dekan müavini Niyaməddin Hacıyev, humanitar məsələlər üzrə dekan müavini Şəhriyar Quliyev iştirak etmişdir.