







19.05.2025-ci il tarixdə Tarix-Coğrafiya fakültəsində dos.Allahverdi Quliyevin sədrliyi ilə monitorinq keçirildi. Monitorinq qrupunun üzvləri dərs cədvəli üzrə Tarix, Tarix müəllimliyi, Tarix və Coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi və Sosial iş ixtisasının II kurslarında keçirilən mühazirə və seminar məşğələlərində iştirak etdilər. Monitorinq üzvləri mühazirə, seminar, praktik məşğələ dərslərində fənn proqramları, fənnin sillabusları, mühazirə və praktik məşğələlərin mövzularını və jurnalları yoxladılar.
Dərslər bitdikdən sonra monitorinq üzvlərinin iştirakı ilə nəticələr müzakirə olundu. Müzakirədə kafedra müdirləri də iştirak etdi. Yekunda monitorinqin qrupunun irad və təkliflər dinlənildi və müvafiq qərar qəbul olundu.