





26.05.2025-ci il tarixində Tarix-Coğrafiya fakültəsində “Konstitutsiya və Suverenlik ili” çərçivəsində Tələbə Elmi Cəmiyyəti, Azərbaycan tarixi kafedrası və “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə “Konstitutsiya və suverenlik: qanunla qorunan müstəqillik” adlı elmi konfrans keçirildi.
Tədbirdə fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Zamin Abbasov və “Zəfər Yolu” qəzetinin redaktoru Rüfət Mehdiyev konfransı açıq elan etdilər.
Tədbirin əsas təşkilatçısı olan Azərbaycan tarixi kafedrasının müdiri dos. Gülara Əliyeva, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev və Coğrafiya kafedrasının dos. əv. Nəsibə Hacıyeva çıxış edərək bildirdilər ki, son dövrdə tələbələrin elmi tədqiqat fəaliyyətinə daha fəal cəlb edilməsi üçün geniş imkanlar yaradılmışdır. Elmi potensialının üzə çıxarılmasında və inkişaf etdirilməsində elmi tədbirlərin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışdılar.
Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.
Sonra, müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.