




27 fevral 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsində “Memarlıq və Şəhərsalma İli” çərçivəsində fakültənin mətbu orqanı olan “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə I kurs tələbələri arasında “Biliklə Qurulan Şəhər” adlı intellektual bilik yarışı keçirilmişdir.
Tədbirin əsas məqsədi tələbələrin elmi dünyagörüşünün genişləndirilməsi, onların memarlıq və şəhərsalma sahəsində nəzəri biliklərinin artırılması, eyni zamanda komanda şəklində işləmək bacarıqlarının formalaşdırılması olmuşdur. Yarışda fakültənin müxtəlif ixtisaslarını təmsil edən I kurs tələbələrindən ibarət komandalar iştirak etmişdir.
İntellektual yarış 3 mərhələdən ibarət olmuş, hər mərhələdə iştirakçılara 10 sual təqdim edilmişdir. Qiymətləndirmə meyarlarına uyğun olaraq ən çox xal toplayan komanda qalib elan olunmuşdur.
Yarışın nəticələrinə əsasən Tarix və Coğrafiya müəllimliyi ixtisasının I kurs tələbələri — Sənan Muradzadə (kapitan), Mövlam Quliyev və Rəhim Rəhimov qalib olmuş və sertifikatla təltif edilmişlər.
Tədbirdə münsif qismində fakültənin tədris işləri üzrə dekan müavini Niyaməddin Hacıyev, humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov və Ümumi tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov iştirak etmişlər. Münsiflər heyəti yarışın obyektiv və şəffaf keçirilməsini təmin etmiş, yekunda iştirakçılara öz tövsiyələrini vermişlər.
Tədbirin sonunda çıxış edən təşkilatçılar bu kimi intellektual yarışların tələbələrin elmi potensialının üzə çıxarılmasında, onların analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını vurğulamış və gələcəkdə də analoji layihələrin davam etdiriləcəyini bildirmişlər.