“İngiltərə burjua inqilabı” mövzusunda açıq dərs keçirilmişdir

04 mart 2026-cı il tarixində Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının 3 kursunda Ümumi tarix kafedrasının müəllimi Əliyeva Elmiranın Dünyanın siyasi tarixi fənnindən “İngiltərə burjua inqilabı” mövzusunda açıq seminar dərsi keçirilmişdir. Dərsin əsas məqsədi tələbələrin mövzu üzrə nəzəri biliklərini möhkəmləndirmək, onların müstəqil düşünmə və elmi müzakirə bacarıqlarını inkişaf etdirmək olmuşdur.

Seminar zamanı müəllim mövzu ilə bağlı əsas məsələləri qısa şəkildə izah etmiş, daha sonra tələbələr mövzu üzrə hazırladıqları çıxış və təqdimatlarla iştirak etmişlər. Dərs müzakirə və sual-cavab formasında təşkil olunmuş, tələbələrin fəallığı təmin edilmişdir. Müəllim seminar prosesində interaktiv metodlardan istifadə edərək tələbələri mövzu ətrafında fikir mübadiləsinə cəlb etmişdir. Tələbələr verilmiş tapşırıqlar üzrə çıxış etmiş, mövzu ilə bağlı müxtəlif elmi mənbələrə əsaslanaraq öz fikirlərinin bildirmişlər. Seminar dərsində tələbələrin mövzuya marağı və fəallığı müşahidə olunmuşdur.

Açıq dərsdə Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Yeganə Məmmədova, müəllim Aynurə Ələsova iştirak etmişlər.