“Qərbi Hun imperiyasının tarixşünaslığı” mövzusunda açıq dərs keçirilmişdir

19 mart 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix ixtisasının III kursunda Ümumi tarix kafedrasının müəllimi İmanlı Sevinc tərəfindən “Türk xalqları tarixinin tarixşünaslığı” fənnindən “Qərbi Hun imperiyasının tarixşünaslığı” mövzusunda açıq seminar dərsi keçirilmişdir.
Seminar zamanı mövzu geniş və elmi əsaslarla təqdim olunmuş, Qərbi Hun imperiyasının tarixinin müxtəlif tarixşünaslıq məktəblərində araşdırılması, mənbə bazası və müasir tədqiqat istiqamətləri ətraflı şəkildə təhlil edilmişdir. Tələbələr mövzu ilə bağlı fəal iştirak etmiş, müzakirələr aparılmış və suallar cavablandırılmışdır.

Açıq dərsdə fakültə dekanı dosent Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev, Sosial fənnlər kafedrasının müdiri dosent Cavid Bağırzadə, Ümumi tarix kafedrasının baş müəllimi Bəhman Kazımov iştirak etmişdirlər.