



31 mart 2026-cı il tarixində Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi 3 kursunda Ümumi tarix kafedrasının müəllimi İbrahimova Nərgiz “Asiya və Afrika ölkələri tarixi” fənnindən “Yaponiya yeni dövrdə” mövzusunda seminar dərsində açıq dərs keçmişdir.
Açıq dərs müasir təlim metodlarına uyğun şəkildə təşkil olunmuşdur. Dərsin əvvəlində müəllim mövzu haqqında qısa giriş verərək tələbələrə Yaponiyanın yeni dövrdə siyasi, iqtisadi və sosial inkişaf xüsusiyyətləri haqqında ümumi məlumat təqdim etmişdir. Mövzunun izahı zamanı müəllim Yaponiyanın feodal quruluşdan modern dövlətə çevrilməsi, islahatların mahiyyəti və ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi məsələlərinə xüsusi diqqət yetirmişdir.
Seminar zamanı tələbələr mövzu üzrə hazırladıqları təqdimatlar və çıxışlarla iştirak etmiş, Yaponiyanın yeni dövrdə həyata keçirdiyi islahatlar, dövlət idarəetmə sistemində baş verən dəyişikliklər və cəmiyyətin modernləşməsi ilə bağlı müzakirələr ilə bağlı müzakirələr aparılmışdır. Müəllim tələbələrə suallar ünvanlayaraq onların mövzu üzrə biliklərin yoxlamış, diskussiya mühiti yaratmış və tələbələrin fəal iştirakını təmin etmişdir.
Dərs zamanı interaktiv metodlardan, müzakirə və sual-cavab üsullarından istifadə olunmuşdur. Bu isə tələbələrin mövzunu daha yaxşı mənimsəməsinə və analitik düşüncə bacarıqlarının inkişafına şərait yaratmışdır.
Açıq dərsin sonunda müəllim mövzu üzrə ümumiləşdirmə aparmış, tələbələrin cavablarını qiymətləndirmiş və əlavə tövsiyələr vermişdir. Ümumilikdə dərs metodiki və elmi baxımdan yüksək səviyyədə təşkil olunmuş, mövzu tələbələr tərəfindən maraqla qarşılanmışdır.