MƏMMƏDOVA SEVİNC SARI QIZI
Gəncə Dövlət Universitetin Sosial fənlər kafedrasının Kabinə müdiri
QISA BİOQRAFİK MƏLUMAT
16.07.1986-cı ildə Gəncə şəhərində anadan olmuşdur.
TƏHSİL
2004-2008-ci illərdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil almışdır.
ƏMƏK FƏALİYYƏTİ
- 2008-2009-cü illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Təşkilatları Konfederasiyasının Gəncə Regional Nüməyəndəliyinin mühasibi kimi çalışmışdır.
- 2009-2011-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Qəyyumluq və Himayəçilik Komissiyasının sədr köməkçisi işləmişdir.
- 2011-2012 ci ildə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Kadrlar üzrə müfəttişi vəzifəsində çalışmışdır.
- “Gəncə şəhəri Nizami rayonunun ictimai həyatında fəal iştirak etdiyinə görə” Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən 30 dekabr 2011-ci il tarixli Fəxri Fərman ilə təltif olunmuşdur.
- 2012-ci ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin Sosial Fənlər Kafedrasında Kabinə müdiri vəzifəsində çalışır.
- “Gəncə Dövlət Universitetinin 80 illik yubileyi” münasibəti ilə Gəncə Dövlət Universiteti rektorunun 06 noyabr 2018-ci il tarixli 2/158 saylı əmri ilə Fəxri Fərman ilə təltif olunmuşdur.