Açıq dərs
25.10.2016-cı il tarixində Tarix-coğrafiya fakültəsi Coğrafiya kafedrasının baş müəllimi Nəsibə Hacıyeva III kurs coğrafiya ixtisasında açıq dərs keçmişdir.
24.05.2016-cı il tarixində Sosial fənlər kafedrasında növbəti iclas keçirildi. İclası kafedra müdiri dos.Cavad Tağıyev apardı. İclasda bir sıra məsələlər müzakirə edildi
Tarix-coğrafiya fakültəsinin tələbələri tədris ilində şəhərin müxtəlif məktəblərində pedoqoji təcrübə keçirlər. Nümunəvi açıq dərslərdən biri də baş müəllim Xatirə İlyasovanın rəhbərliyi altında təşkil olunmuşdur.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun təşəbbüsü ilə 19 may 2016-cı il tarixdə M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin X sinifində universitetin Tarix – coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun “Azərbaycanda XIX əsrin I yarısında çarizmin müstəmləkə siyasəti, inzibati – məhkəmə islahatları və çarizmə qarşı üsyanlar“ mövzusunda açıq dərsi olmuşdur. […]
Gəncə Dövlət Universitetinin bütün müəllim və tələbələri 09.05.2016-cı il tarixində keçirilən iməcilikdə iştirak etdilər. Tarix-coğrafiya fakültəsi də dekan dos.Urfan Həsənov başda olmaqla fakültənin bir qrup müəllim və fəal tələbələri tədbirdə iştirak etdilər. dos.Urfan Həsənov […]
Gəncə Avropa gənclər paytaxtı seçildi. Tələbələrimiz Gəncədə keçirilən fleşmobda iştirak etdi. Bu münasibətlə bayram konserti təşkil olunmuşdu. Tələbələrimiz bayram tədbirinə gedərkən.
02.05.2016-cı il tarixində Gəncə şəhərində “Gəncə Avropanın gənclər paytaxtı” adlı flashmob keçirildi. Tədbirdə şəhərin bütün ictimai təşkilatları ilə yanaşı Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin tələbələridə iştirak edirdi.
Ümumi tarix kafedrasının müəllimi dos.Hüseyn Bəxtiyarovun Xəzərin hüquqi statusu mövzusunda nəzəri seminarı olmuşdur. Kafedra müdiri dos.V.Veysəlovanın rəhbərliyi altında nəzəri seminarda kafedranın əməkdaşları iştirak edirdi. Nəzəri seminar aktual bir mövzuya həsr olunmuşdur. Seminar diskusiya ilə sona yetdi