Sosial fənlər kafedrasının müdiri: Cavid Bağırzadə
Tarix üzrə fəlsəfə doktoru, dosent Bağırzadə Cavid Vəkil oğlu
QISA BİOQRAFİK MƏLUMAT
- 1977-ci il aprelin 4-də Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kəndində müəllim ailəsində anadan olmuşdur.
- 1984-1992-ci illərdə Ağdərə rayon Məşədi bəy Əzizbəyov adına Umudlu kənd orta məktəbində oxumuşdur.
- 1992-1994-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbdə təhsil almış, 1994-cü ildə həmin məktəbi bitirmişdir.
TƏHSİLİ və ELMİ DƏRƏCƏ ADLARI
- 1999-cu ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
- 2001-ci ildə GDU-nun “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisaslaşması üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
- 2011-ci ildə “Tərtər-Kəlbəcər bölgəsinin ilk orta əsr abidələri” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 2001-ci ilin sentyabrından GDU-nun Azərbaycan tarixi kafedrasında müəllim
- 2001 oktyabr-2002 oktyabr- Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.
- 2008-ci ilin yanvar ayından GDU-nun Azərbaycan tarixi kafedrasında baş müəllim
- 2007-2008-ci ilərdə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tədris işləri üzrə dekan müavini
- 2018-2022-ci illərdə Tarix-Coğrafiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini
- 2023-cü il fevralın 13-dən Sosial fənlər kafedrasının müdiri
TƏLTİFLƏRİ
- Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 07 oktyabr 2011-ci il tarixli T-394 saylı qərarı ilə yüksək ixtisaslı kadrların hazırlanmasında və səmərəli pedaqoji fəaliyyətinə görə “Fəxri Fərman” la təltif edilmişdir.
- Azərbaycan Respublikası Təhsil Nazirinin 01 noyabr 2018-ci il tarixli K-1132 nömrəli əmri ilə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi” fəxri adı və döş nişanı ilə təltif edilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
TƏDQİQAT SAHƏSİ
Azərbaycanın ilk orta əsrlər dövrü arxeologiyası, Qarabağın orta əsr abidələrinin tarixi-arxeoloji tədqiqi, Azərbaycanın XX əsrin əvvəlləri tarixi məsələləri, Azərbaycanın XX əsrin əvvəlləri dövrü ictimai-siyasi həyatı, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatı.
ELMİ ƏSƏRLƏRİ
120-dən çox elmi əsərin, o cümlədən “XX əsrin əvvəllərində Azərbaycanda soyqırım” (Bakı “Agah” 2001), “Difai partiyası: yaranması və fəaliyyəti” (Bakı “Nurlan” 2006), “Kaqankat (Kalankatuk) şəhərinin tarixi-arxeoloji oçerki” (Bakı “Elm və təhsil” 2013), “Ağdərə IV-XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” (Bakı “Elm və təhsil” 2014), “Gəncə şəhəri müstəqillik dövründə” (Bakı “Elm və təhsil” 2014), “Tərtərçay vadisi IV-XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” (Bakı “Elm və təhsil” 2018) adlı kitab, dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Hal-hazırda “Azərbaycanın Qarabağ bölgəsinin III-VIII əsrlər abidələrininin tarixi-arxeoloji tədqiqi” mövzusunda tarix üzrə elmlər doktoru dissertasiyasının bitirmişdir. “Qarabağın ilk orta əsr şəhərləri” adlı monoqrafiyası çapa hazırlanmışdır.
BEYNALXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
Azərbaycan Respublikasında, eləcə də ölkə hüdudlarından kənarda keçirilmiş onlarla beynəlxalq və respublika elmi konfranslarda iştirak etmişdir.