25 aprel 2024-cü il tarixində Tarix-Cografiya fakültəsində 2024-2025 -ci tədris ilində Tarix, Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya və Sosial fənlər ixtisaslarından tədris olunan seçmə fənn blokuna daxil fənnlər ilə əlaqədar olaraq Azərbaycan tarixi, Ümumi tarix, Sosial fənlər və Coğrafiya kafedralarının əməkdaşları tələbələrlə görüş keçirmişlər. Onlar seçmə fənn bloklarına daxil olan fənlərin təsviri, məqsədi və əhəmiyyəti ilə bağlı tələbələrə məlumatlar vermişdirlər.