Azərbaycan tarixi
“Azərbaycan tarixi” kafedrası
Azərbaycan tarixi kafedrası Gəncə Dövlət Universitetinin tarix ixtisasları üzrə kadrların hzaırlanması ilə məşğul olan fundamental kafedralarından biridir. Kafedra şərəfli inkişaf yolu keçərək, respublikanın Vətən tarixi istiqamətində Ali məktəb kafedraları arasında özünəməxsus yeri və mövqeyi olan kafedralardan birinə çevrilmişdir.
1992-cı ildə Azərbaycan tarixi kafedrası yaradılmış və ilk müdiri dos. Hüseynov Faiq İsrafil oğlu olmuşdur. 1996-cı ildən 2001-ci ilə kimi dos. Eldar Məmmədov, 2001-ci ildən – 2006-cı ilin mart ayına kimi dos.Cəmil Babayev, 2006-cı ilin mart ayından oktyabr ayına kimi müdir əvəzi dos. Afaq Qasımova və 2006 –cı ilin noyabr ayından – 2011-ci ilin iyun ayına kimi dos.CavadovAsif Şəmil oğlu olmuşdur.
2011-ci ildən etibarən kafedraya dos. Aslanova Emma Əli qızı rəhbərlik edir. 1956-ci il aprelin 24-də Azərbaycan Respublikasının Şəmkir rayonun Əli Yaqublu kəndində anadan olmuşdur. 1978-ci ildə H.Zərdabi adına GDPİ-nin tarix fakültəsini “fərqlənmə” diplomu ilə bitirmişdir. 2008-ci ildə “Azərbaycan XVII Əsr Avropa səyyahlarının təsvirlərində” mövzusunda dissertasiya müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 57 məqalənin, 9 proqramın,1 metodiki vəsaitin, 1 dərs vəsaitinin müəllifidir. 2010-cu ildə Azərbaycan Təhsil Nazirliyinin “Fəxri fərman”ı ilə təltif olunmuşdur.
Kafedranın 23 nəfər professor-müəllim heyəti vardır. Elmi potensialı güclüdür.
7 nəfər dosent
5 nəfər tarix üzrə fəlsəfə doktoru
10 nəfər baş müəllim
1 nəfər əməkdar müəllim
1 nəfər isə müəllimdir.
Kafedrada “Vətən tarixi” ixtisası üzrə doktorant və dissertant hazırlığı da həyata keçirilir. Onlardan 16 nəfəri “fəlsəfə doktoru”, 2 nəfəri isə ”elmlər doktoru” kursu üzrə hazırlanır.
Kafedrada tədrisin keyfiyyətinin yaxşılaşdırılması, onun günün tələbləri səviyyəsinə qaldırılması üçün kafedrada dərslik, dərs və metodik vəsaitlərin yazılmasına və nəşrinə ciddi fikir verilir. Kafedrada Dos.Emma Aslanova Azərbaycan tarixi(qədim və ilk orta əsrlər dövrü) metodik vəsait, “Səfəvi dövlətinin tarixinə dair” dərs vəsaiti, dos.Usenov Fəxrəddin Azərbaycan tarixi tədrisində ümumilli lider Heydər Əliyevin irsindən istifadə metodik vəsait, “Azərbaycan pedaqoji fikir tarixində vətənpərvərlik probleminin qoyuluşu” metodik tövsiyyə, dos.C.Bağırzadə “XX əsrin əvvəllərində Azərbaycanda soyqırım”, “Kaqankat (Kalakotik) şəhərinin tarixi-arxeoloji “ oçerki,” “Ağdərə IV-XIII əsrlərdə “, “Gəncə şəhəri müstəqillik dövründə”, dos. A.Cavadov və b\m.M.Əliyev “Azərbaycan XVI-XVIII əsrin birnci yarısında” dərs vəsaitləri tələbələrin tədris vəsaitləri ilə tam təmin olunmasına imkan vermişdir.
GDU-nun bütün fakültələrində “Azərbaycan tarixi” fənni öyrənilir. Odur ki, kafedranın üzərinə böyük məsuliyyət düşür. Azərbaycan tarixinin tədrisinin başlıca məqsədi tələbələrdə tariximizə dərindən öyrətmək və onlarda vətənpərvərlik hissini inkişaf etdirməkdir. Eyni zamanda xalqımızın kecdiyi mürəkkəb, çətin, ziddiyyətli, həm də şərəfli inkişaf yolu haqqında tələbələrə geniş məlumatlar vermək, onların dövlətçilik tariximiz, görkəmli şəxsiyyətlər, ibrətamiz hadisələr, tarixi faciələr və parlaq səhifələr barədə ətraflı biliklərə yiyələnməsi də mühüm vəzifələrdəndir. Bunlarla yanaşı, tələbələrdə geniş dünyagörüşünün, vətən sevgisinin, tarixi hadisələri analitik təhlil etmə qabiliyyətinin və hadisələrdən, siyasi proseslərədən düzgün nəticə çıxarmaq qabiliyyətinin formalaşdırılması Azərbaycan tarixinin tədrisinin başlıca məqsədlərindən sayılır.
Tədris olunan fənlər:
Bakalavr ixtisası üzrə
Tarix ixtisası
1.Azərbaycan tarixi.
2.s\f.Azərbaycan arxelogiyası
3.s/f.Azərbaycan tarixinin mənbəşünaslığı
4.s\f.Azərbaycan toponomikası
5.s\f.Azərbaycan Avropa və Asiya ilə qarşılıqlı əlaqələri
6.s\f.Azərbaycanda kapitalizmin inkişafproblemləri
7.s\f.Azərbaycan Atabəylər dövləti
8.s\f.Azərbaycan tarixinin tarixşünaslığı
9.s\f.Azərbaycan etnoqrafiyası
10.s\f.Azərbaycan Səfəvilər dövləti
Tarix müəllimliyi ixtisası
- Azərbaycan tarixi
- s\f.Azərbaycan tarixi coğrafiyası
- s\f.Azərbaycan arxivşünaslığı
- s\f.Müasir mərhələdə Azərbaycanın xarici siyasəti
- s\f.Azərbaycan Xalq Cümhüriyyətinin xarici siyasəti
- s/f.Qafqaz Albaniyasının tarixi problemləri
Tarix-coğrafiya müəllimliyi ixtisası
- Azərbaycan tarixi
- s\f.Azərbaycan etnoqrafiyası
- s\f.Azərbaycanda kapitalizmin inkişaf problemləri
- s\f.Müasir mərhələdə Azərbaycanın xarici siyasəti
Coğrafiya müəllimliyi ixtisası
1.Azərbaycan tarixi
Sosial iş ixtisası üzrə
- Azərbaycan tarixi
- s\f.Azərbaycan etnoqrafiyası
- s\f.Azərbaycan xalqının etnogenezi
Magistratura ixtisası üzrə
Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
1.Azərbaycanın III-IX əsrlər tarixinin aktual problemləri.
2.Azərbaycan Səfəvilər dövləti tarixinin öyrənilməsinə müasir yanaşma
3.Azərbaycanın qədim və orta əsrlər tarixi elminin müasir problemi
4.Azərbaycanın qədim və orta əsrlər tarixinin metodologiyası və metodikası
5.AMMEF (Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin əsas istiqamətləri)
6.Azərbaycan ərazisində qədim dövlətlərin siyasi və sosial-iqtisadi quruluşunun ümumi cəhətləri
- Azərbaycanın qədim və orta əsrlər dövrü mənbəşünaslığının ümumi xarakteristikası
8.S\f.Azərbaycan ərazisində arxeoloji mədəniyyətin öyrənilməsi
Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
- Azərbaycanın yeni və ən yeni tarixi elminin müasir problemi
- Azərbaycanın yeni və ən yeni tarixinin tədrisi metodologiası və metodikası
- AMMEF(XX əsrin II yarısında Azərbaycanın sosial-iqtisadi vəziyyəti)
- Azərbaycan arxeologiyası ,etnoqrafiyası
- Azərbaycan Xalqının tarixində Azərbaycan Xalq Cümhuriyyətinin rolu
- XX əsrdə Azərbaycanda milli azadlıq hərəkatı
- XIX-XX əsrdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixinin başlıca problemləri
- S/f.(Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə, 1920-1991)
Azərbaycan tarixi kafedrasının professor-müəllim heyəti bakalavr pilləsi üzrə bütün fakültələrdə mühazirə və seminar dərsləri aparır. Eyni zamanda “Azərbaycanın yeni və ən yeni tarixi” və “Azərbaycanın qədim və orta əsrlər tarixi” istiqaməti üzrə magistr ixtisasları üzrə kadr hazırlığı aparılr.
Kafedra üzrə tədris planında nəzərdə tutulmuş bütün fənnlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Kafedra əməkdaşları tərəfindən dərslik, dərs vəsaiti və proqramlar hazırlanmışdır.
Tədqiqatların nəticələri respublika və xarici nəşriyyatlarda işıqlandırılıb, respublika, regional və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda məruzələr edilib. Azərbaycan tarixinin dövrlərinə dair elmi məqalələrin, dərsliklərin, kitabların tədqiqat sahələri üzrə işlər aparılır.