23 oktyabr 2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının III kursunda Sosial fənlər kafedrasının müəllimi Yusibova Günel Yalçın qızının “Azərbaycanda sosial yardım sistemi ” fənnindən “Əmək və məşğulluq ssiyasəti” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Məşğulluq siyasəti və onun sosial -iqtisadi mahiyyəti, Dövlət məşğulluq siyasətinin əsas istiqamətləri, Sosial müdafiəyə xüsusi ehtiyac olan və işə düzəltmək çətinlik çəkən vətədaşların məşğulluğu, Əmək siyastəi və əmək hüququnun qorunması və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.
Açıq dərsdə Sosial fənlər kafedrasının müdiri dos.Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev və Sosial fənlər kafedrasının dos.əv. Azər Cəlilov, baş müəllim Şəhriyar Quliyev iştirak etmişlər.