Kateqoriya Arxivləri: Tarix-coğrafiya fakültəsi

GDU-NUN TƏLƏBƏLƏRİ GƏNCƏ SOS UŞAQ KƏNDİNDƏ İSTEHSALAT TƏCRÜBƏSİNDƏ

10.03.2026–cı il tarixdə Gəncə Dövlət Universitetinin Təcrübə və Karyera şöbəsinin müdiri Cabbar Qarayev, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, fənn müəllimləri, Tarix və coğrafiya fakültəsinin  Sosial iş ixtisasının IV kurs tələbələri Gəncə SOS Uşaq Kəndində olublar. Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, Gəncə Dövlət Universiteti ilə Gəncə SOS Uşaq Kəndi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən […]

Davamı

Bu gün Yel çərşənbəsidir

Yazın gəlişini müjdələyən sərin meh əsir, torpaq baharın nəfəsini duyur. Bu gün Novruzun sayca üçüncü olan Yel çərşənbəsi qeyd olunur. Xalq arasında ona “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” də deyilir.  Qədim inanclara görə, Yel çərşənbəsində oyanan külək bütün dünyanı dolaşaraq təbiətə can verir. O, oyanmış suyu və odu hərəkətə gətirir, torpağa yeni nəfəs bəxş edir. […]

Davamı

8 mart – Beynəlxalq Qadınlar günü

  Əziz xanımlar!        Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar arzulayıram.      Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi […]

Davamı

“İngiltərə burjua inqilabı” mövzusunda açıq dərs keçirilmişdir

04 mart 2026-cı il tarixində Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının 3 kursunda Ümumi tarix kafedrasının müəllimi Əliyeva Elmiranın Dünyanın siyasi tarixi fənnindən “İngiltərə burjua inqilabı” mövzusunda açıq seminar dərsi keçirilmişdir. Dərsin əsas məqsədi tələbələrin mövzu üzrə nəzəri biliklərini möhkəmləndirmək, onların müstəqil düşünmə və elmi müzakirə bacarıqlarını inkişaf etdirmək olmuşdur. Seminar zamanı müəllim mövzu […]

Davamı

Bu gün Od çərşənbəsidir

Bu gün istiliyin, işığın və yenilənmənin müjdəçisi olan Od çərşənbəsidir. Novruz çərşənbələrindən ikincisi olan Od çərşənbəsinə xalq arasında “Üzgü çərşənbə”, “Addı çərşənbə”, “Üzgü gecəsi” və yaxud “İkinci çərşənbə” də deyilir. Od çərşənbəsi yeni həyatın, daha doğrusu, yazın gəlişini simvolizə edir. Od çərşənbəsi ilə bahara doğru daha bir addım yaxınlaşmış oluruq. Adıçəkilən çərşənbə xalq inanclarına görə […]

Davamı

“Biliklə Qurulan Şəhər” adlı intellektual yarış keçirildi

27 fevral 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsində “Memarlıq və Şəhərsalma İli” çərçivəsində fakültənin mətbu orqanı olan “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə I kurs tələbələri arasında “Biliklə Qurulan Şəhər” adlı intellektual bilik yarışı keçirilmişdir. Tədbirin əsas məqsədi tələbələrin elmi dünyagörüşünün genişləndirilməsi, onların memarlıq və şəhərsalma sahəsində nəzəri biliklərinin artırılması, eyni zamanda komanda şəklində işləmək […]

Davamı

“Xocalı-Qan Yaddaşımız” adlı anım tədbiri keçirilib

23 fevral 2026-cı il tarixində Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsi Tarix və coğrafiya fakültəsində Xocalı Soyqırımına həsr olunmuş “Xocalı- Qan Yaddaşımız” adlı anım tədbiri keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra ” Xocalı -əsrin faciəsi” adlı videoçarx nümayiş olunub. Anım tədbirində Humanitar məsələlər üzrə […]

Davamı

2 fevral – Azərbaycan Gəncləri Günüdür

Bu gün 2 fevral – Azərbaycan Gəncləri günüdür. Bu tarix təkcə təqvimdə yer alan rəsmi gün deyil – bu, dövlətin gənclərə verdiyi dəyərin, etimadın və böyük ümidlərin simvoludur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclər siyasəti hər zaman dövlətin prioritet istiqamətlərindən biri olmuşdur. Elə bunun nəticəsi idi ki, müstəqil dövlətin davamlı inkişafı üçün […]

Davamı

Tarix və coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

       29 yanvar 2026-cı il tarixində Tarix və coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şurada fakültənin dekanı dos. U.Həsənov gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. 1.2025-2026-cı tədris ilinin payız imtahan sessiyasının gedişi haqqında         2.İxtisas kafedralarında 2025-cil ildə icra edilmiş elmi-tədqiqat işlərinin hesabatı haqqında         3. Tədris metodik komissiyanın I yarım […]

Davamı

İMTAHAN SESSİYASINI İZLƏMƏK ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNUB

Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin payız semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib.  Mediaturda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi”, eləcə də “Novosti Qyandja” qəzetlərinin məsul əməkdaşları, digər KİV nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbə valideynləri iştirak ediblər. Mediaturda əvvəlcə imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib. […]

Davamı