





12 Noyabr 2026-cı il tarixində Ümumi pedaqogika kafedrasının müəllimi Pərvanə Əliyevanın Coğrafiya müəllimliyi ixtisasının II kurs tələbələrinə “Tərbiyənin qanunauyğunluqları və qanunları. Tərbiyənin prinsipləri” mövzusunda açıq seminar dərsi keçirilib.
Açıq dərsdə Tarix və Coğrafiya fakültəsinin tədris işləri üzrə dekan müavini Niyaməddin Hacıyev, humanitar məsələlər üzrə dekan müavini Azər Cəlilov, Ümumi Tarix kafedrasının müdiri dosent Etibar Musayev, Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə, Ümumi Pedaqogika kafedrasının baş müəllimləri Bəsirə Abbasova və İlahə Cəlilova iştirak ediblər.
Açıq dərsdə tərbiyənin prinsipləri anlayışı, tərbiyə prinsipinin müvafiq qanunauyğunluqla bağlılığı, tərbiyənin əsas prinsipləri və digər məsələlər seminar məşğələsində izah olundu.